Bakı Quba yolunda piyada ölümü ilə nəticələnən qəza baş verib. SİA xəbər verir ki, hadisə Hacı Zeynalabdin qəsəbəsindən keçən istiqamətdə qeydə alınıb. Yolu keçmək istəyən piyada 30-35 yaşlı kişini ( şəxsiyyəti dəqiqləşdirilir) “Mercedes” markalı avtomobil vurub.
Piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Fakt üzrə araşdırma aparılır.