Bakıda ev yandı

10 May 2025 08:27 (UTC+04:00)

Bakı şəhərinin Xəzər rayonunda ümumi sahəsi 100 m² olan birmərtəbəli 4 otaqlı evin yanar konstruksiyaları yanıb. Fövqəladə Hallar Nazirliyindən SİA-ya bildirilib ki, bitişik talvar yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.