Mehriban Əliyeva Heydər Əliyevin doğum günü münasibətilə paylaşım edib

10 May 2025 08:39 (UTC+04:00)

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva Ümummilli Lider Heydər Əliyevin doğum günü münasibətilə sosial şəbəkə hesablarında paylaşım edib. SİA xəbər verir ki, paylaşımda deyilir: “Heydər Əliyev – 102. Dahi şəxsiyyətin nurlu xatirəsi qəlbimizdə daim yaşayacaqdır. Xatirimizdədir, sevgi ilə anırıq”.