Pakistan nümayəndə heyəti Milli Müdafiə Universitetində olub

9 May 2025 20:12 (UTC+04:00)

Pakistan İslam Respublikasının Milli Müdafiə Universitetinin Milli Təhlükəsizlik və Müharibə kursunun rəhbər və dinləyicilərindən ibarət nümayəndə heyəti tədris gəzintisi çərçivəsində Azərbaycanın Milli Müdafiə Universitetində olub.

SİA-nın məlumatına görə,Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, nümayəndə heyətinə universitetin fəaliyyəti, həyata keçirilən islahatlar və qarşıda duran məqsədlərlə bağlı ətraflı məlumat verilib, təqdimatlar nümayiş olunub. Həmçinin, iki ölkənin hərbi təhsil müəssisələri arasında mövcud əməkdaşlıq əlaqələri və perspektivlər ətrafında geniş fikir mübadiləsi aparılıb.

Görüşdə çıxış edən Milli Müdafiə Universiteti rektorunun elm üzrə müavini - Hərbi Elmi-Tədqiqat İnstitutunun rektoru general-mayor Arif Həsənov Azərbaycan ilə Pakistan arasında möhkəm dostluq və qardaşlıq münasibətlərindən bəhs edib. O, bu əlaqələrin hərbi təhsil sahəsində də dərinləşməsinin əhəmiyyətini vurğulayıb.

Daha sonra Milli Müdafiə Universitetinin tabeliyində yaxın gələcəkdə yaradılması planlaşdırılan yeni təhsil müəssisələri barədə danışıqlar aparılıb.