Tramp Çin üçün 80 faiz tarif mesajını verib

9 May 2025 18:32 (UTC+04:00)

ABŞ Prezidenti Donald Tramp Çinlə ticarət üzrə danışıqlar ərəfəsində bu ölkə üçün 80 faizlik tarif ola biləcəyinin mesajını verib.

SİA-nın AZƏRTAC-dan əldə etdiyi məlumata görə, o bildirib ki, Çin öz bazarını ABŞ-a açmalıdır. “Bu onlar üçün də yaxşı olacaq. Qapalı bazarlar artıq keçmir”,- deyə Tramp əlavə edib.

Hazırda ABŞ Çin məhsullarına 145 faiz tarif tətbiq edir.