İlham Əliyev “Azərişıq” ASC-nin "Xocalı" yarımstansiyasının və Rəqəmsal İdarəetmə Mərkəzinin açılışında iştirak edib

9 May 2025 15:27 (UTC+04:00)

Azərbaycan Prezidenti İlham Əliyev mayın 9-da “Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin "Xocalı" yarımstansiyası və Rəqəmsal İdarəetmə Mərkəzinin açılışında iştirak edib. SİA xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.