AVF-nin yeni İcraiyyə Komitəsinin ilk iclası keçirilib

9 May 2025 12:59 (UTC+04:00)

Respublika Velotrekində Azərbaycan Velosiped Federasiyasının yeni İcraiyyə Komitəsinin ilk iclası keçirilib. SİA xəbər verir ki, toplantıdan əvvəl federasiyanın prezidenti Zaur Axundov və İcraiyyə Komitəsinin üzvləri komplekslə yaxından tanış olublar.

İclas zamanı gündəlikdə olan ən vacib məsələlər üzərində müzakirələr aparılıb, bir sıra qərarlar qəbul edilib.