Nurgül Yeşilçay açdığı məhkəməni qazandı

9 May 2025 06:12 (UTC+04:00)

Türkiyəli tanınmıəş aktrisa Nurgül Yeşilçay Endemol Medyaya qarşı borc iddiası qaldırıb. SİA Türkiyə mətbuatına istinadən xəbər verir ki, aktrisa "Paramparça" serialının xaricdən əldə etdiyi satış gəlirlərindən ona pay ödənilmədiyini iddia edib. Məhkəmə, istehsalçının Yeşilçaya faizlə birlikdə 2 milyon 282 min lirə maddi təzminat ödəməsinə qərar verib.