Ajda Pekkan iki il sonra geri qayıdır

9 May 2025 05:39 (UTC+04:00)

Türkiyənin super starı Ajda Pekkan iki illik fasilədən sonra yeni layihələr üzərində çalışmağa başlayıb. SİA Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu haqda onun dostu və musiqi redaktoru Murat Aziret xəbər verib. "2 il yarımlıq fasilədən sonra bu gündən etibarən əziz Ajda Pekkanla yeni bir dövrə başlayırıq. Ajda məşqləri və yay mövsümü başlayır" deyə o bildirib.