Piylənmə üçün Amerika dərmanının rus analoqu...

8 May 2025 18:05 (UTC+04:00)

...“Gerofarm” şirkətinin istehsalı olan “Sejaro” adlı yeni dərman preparatı Rusiyada qeydiyyatdan keçib və sərbəst satışa icazə verilib. Bu, piylənmənin müalicəsində istifadə edilən Amerika dərmanı "Munjaro"nun analoqudur.

SİA rus saytlarına istinadən xəbər verir ki, şirkətin mətbuat xidmətindən verilən məlumata görə, “Sejaro” yaxın günlərdə apteklərdə peyda olacaq.

Dərmanın qiyməti 2,5 mq doza üçün 5500 rubl və 5 mq doza üçün 7000 rubl müəyyən edilir ki, bu da Rusiya bazarında oxşar məhsulların qiymətindən təxminən 60 faiz aşağıdır. Məhsul rahat şpris qələm formatında mövcuddur.

"Sejaro" nun istifadəsi ürək-damar xəstəlikləri, diabet və hipertoniya riskinin artması ilə müşayiət olunan artıq çəki forması olan visseral piylənmənin müalicəsi üçün tövsiyə olunur.

Bundan əvvəl Rusiyada piylənmə ilə mübarizə üçün innovativ üsul yaradılmışdı. Tədqiqat Sirius Elm və Texnologiya Universitetinin mütəxəssisləri tərəfindən aparılıb.

Dərman genetik biomühəndislik texnologiyalarından istifadə edilməklə yaradılmışdır.

Tədqiqatçılar siçanlar üzərində apardıqları təcrübələrdə ağ piy hüceyrələrini yenidən proqramlaşdırmaqla onları metabolik aktiv hüceyrələrə çevirməyin mümkün olduğunu aşkar ediblər.

Nazlı Almuradova