“Xankəndi” klubu AFFA Region Liqasının yarımfinalına vəsiqə qazanıb

8 May 2025 17:12 (UTC+04:00)

“Xankəndi” klubu AFFA Region Liqasının yarımfinalına vəsiqə qazanıb. SİA xəbər verir ki, bu, 1/4 finalın "Çinar Zəngilan"la cavab matçından (3:0) sonra reallaşıb.

İlk görüşdə 2:0 hesablı qələbə qazanan "Xankəndi" iki oyunun nəticəsinə görə yarımfinalda mübarizə aparmaq hüququ əldə edib.

Qeyd edək ki, Region Liqasının yarımfinal matçları növbəti həftə baş tutacaq.