Azərbaycan Premyer Liqasında çıxış edən 7 kluba avrokuboklarda iştirak üçün lisenziya verilib. SİA xəbər verir ki, bu barədə AFFA-nın Lisenziya Komissiyasının iclasında qərar qəbul olunub.
Misli Premyer Liqası təmsilçilərindən “Araz-Naxçıvan”, “Qarabağ”, “Neftçi”, “Sabah”, “Sumqayıt”, “Turan Tovuz” və “Zirə” cari mövsüm avrokuboklarda iştirak etmək hüququ qazanıb.
AFFA həmçinin “Neftçi” və “Sumqayıt”ın qadınlardan ibarət komandalarına da avrokuboklarda iştirak üçün lisenziya verib.