...MMA döyüşçüsü Nikolay Savilov Kərim müsəlman adını alaraq İslamı qəbul edib.
SİA xəbər verir ki, bu barədə idmançının etirafı ilə video yayımlayan “Exo of Daqestan” Telegram kanalı məlumat yayıb.
...Bu, mənim başıma gələ biləcək ən yaxşı şeydir.
Bunu Savilov deyib.
Döyüşçünün qərarı, onun fikrincə, uzun bir mənəvi axtarışın nəticəsidir.
…Mən özüm bu qənaətə gəldim, üç-dörd il düşündüm. Budur, Uca Allah nəhayət mənim ürəyimi açdı, -deyə Kərim bildirib.
Yeri gəlmişkən, bu, güc idmanlarının nümayəndələri tərəfindən İslamın qəbul edilməsi ilə bağlı ilk hadisə deyil - məsələn, döyüşçülər Benik Sarkisyan və Sergey Morozov da əvvəllər oxşar seçim etmişdilər.
Əli Babayev