"Qalatasaray"ın futbolçusu Mauro İkardi növbəti dəfə evlənməyə hazırlaşır. SİA xəbər verir ki, argentinalı ulduz bu dəfə yeni sevgilisi Çayna Suareslə münasibətlərini yaxın zamanda rəsmiləşdirməyi planlaşdırır.
Hazırda cütlük Mayamidə istirahət edir. Mauro ona oteldə evlilik təklifi edib. Hələ də Vanda ilə rəsmi şəkildə boşanmayan argentinalı futbolçu otağın divarını qırmızı şarlarla, ürəklərlə və işıqlı yazılarla bəzəyib: “Mən səni sevirəm! Həmişə sən olmuşdun!”
33 yaşlı Evgeniya (onun əsl adı belədir) da, Nara kimi, çoxuşaqlı anadır. Onun aktyor Nikolas Kabridən 11 yaşlı bir qızı, musiqiçi Benxamin Vikunya ilə münasibətdən isə 7 yaşlı qızı və 4 yaşlı oğlu var.