Sahibə Qafarova vyetnamlı həmkarını Azərbaycana səfərə dəvət edib

8 May 2025 15:17 (UTC+04:00)

Milli Məclisin sədri Sahibə Qafarova Azərbaycana dövlət səfəri ilə gələn Vyetnam Kommunist Partiyası Mərkəzi Komitəsinin Baş katibi To Lam ilə görüş keçirib. Bu barədə SİA Vyetnam KİV-inə istinadən xəbər verir.

Tərəflər ikitərəfli əməkdaşlığın, o cümlədən parlamentlərin koordinasiyası ilə daha da inkişaf etdirilməsinin vacibliyini vurğulayıblar.

S.Qafarova To Lam Çana Vyetnam Milli Assambleyasının sədri Çan Tan Manı Azərbaycana dəvət məktubunu çatdırıb.