Azərbaycan Cənubi Qafqazda var qüvvəsi ilə çalışır - İlham Əliyev

8 May 2025 15:12 (UTC+04:00)

Hazırda bölgənin sülh və əməkdaşlıq məkanına çevrilməsi üçün tarixi şərait yaranıb. SİA-nın məlumatına görə, bu barədə Azərbaycan Prezidenti İlham Əliyevin XXVIII Avrasiya İqtisadi Zirvə Toplantısının iştirakçılarına müraciətində deyilir.

Dövlət başçısı qeyd edib ki, Azərbaycan Cənubi Qafqazda davamlı sülhün bərqərar olması, sosial-iqtisadi rifahın təmin edilməsi üçün var qüvvəsi ilə çalışır.