"Qadınlar üçün əsas prioritet özlərini azad və rahat hiss etməkdir" - MÜNASİBƏT BİLDİRİLDİ

8 May 2025 14:37 (UTC+04:00)

“2025-ci ilin yay trendləri həm rahatlığı, həm də fərdi üslubun ifadəsini ön plana çıxarır”. Bu sözləri SİA-ya açıqlamasında modelyer Səkinə Əliyeva deyib.

O bildirib ki, bu mövsüm qadınlar üçün əsas prioritet özlərini azad və rahat hiss etməkdir: "Təbii materiallardan hazırlanmış axıcı donlar, sadə amma zərif kəsimlər və neytral tonlar – bu yay ən çox seçilən detallar olacaq. Moda artıq ciddi və sərt deyil – əksinə, insanın ruhunu əks etdirən, ona nəfəs verən bir dildir. Hər bir qadın tərzində özünü ifadə edə bilməli, geyindiyi libasla “bu mənəm” deyə bilməlidir. "S Atelier" olaraq biz də bu mövsüm qadın gücünü, sadəlikdəki zərifliyi və fərdiliyi ön plana çəkən kolleksiya ilə çıxış edirik.

"S Atelier"-in 2025 yay kolleksiyası da bu fəlsəfəni əks etdirir. Kolleksiyada yumşaq bej və qum tonları, tozlu yaşıl və solğun bənövşəyi kimi sakitləşdirici rənglər üstünlük təşkil edir. Bu rəng palitrası qadının daxili harmoniyasını və təbiətlə olan bağını simvolizə edir. Parça seçimində isə kətan, pambıq viskoza və axıcı şifon kimi nəfəs alan materiallara üstünlük verilmişdir.

Hər bir dizaynın məqsədi – həm gündəlik həyatda, həm də xüsusi məkanlarda qadını rahat və güvənli hiss etdirməkdir. Beləliklə, moda sadəcə gözəllik üçün deyil, həm də qadının ruhunu qorumaq və ifadə etmək vasitəsinə çevrilir.

2025 yay fəsli xanımlar ən çox bej, qum rəngi,açıq sarı və tünd ağ reng tonları bu yay palitrasının əsas qəhrəmanlarıdır. Bu rənglər həm zərif, həm də zamansızdır. Eyni zamanda rəngarəngliyi sevən xanımların istifadə edəcəyi rənglər toz çəhrayı, lavanda, nanə yaşılı, açıq limon sarısı, buz mavisi tonlarını ağ və bej renglərlə rahat kombin edə bilərlər.

Bu yay bohem və etnik detal vurğuları kimi görünən naxışlar, krujeva,detallar bu yay öz yerini qoruyur. Bu həm nostalji, həm də klassik şıklıq verir.Bu yay feminen formalar geri döndü. Geniş donlar lakin belivurğulayan incə kəmərlərlə balans qurmaq bu mövsüm çox aktualdır. Sadə bir ağ donu fərqli aksesuarlarla bir neçə tərzdə uyğunlaşdırıb geyinmək mümkündür. Əsas prinsip özünü ifadə etmək və nəfəs alan yumşaq parçalarda rahat hiss etməkdir. Sadə geyimlərin yanına bir parlaq çanta yada rəngli eynək yay tərzinizə canlılıq qatacaq. Moda artıq ciddi deyil, əyləncəli və özünəməxsusdur.

2025 yay mini çantalar (yumşaq dəru və parlaq tekustura ilə) dəbdə olacaq. Aksesuar incə zəncirli boyunbağı və sırğalardır. Təbii daşlarla bəzədilmiş aksesuarlardır. Toxunmuş və ya boncuqlu qolbaqlar dəbdə olacaq: Oval və kəskin kəsimli göz eynəkləri 70 s retro stil trend sıralarda, saç rəngləri bal karameli və şampan sarısı, soft balayage və face-framing highilights olacaq.

Stil isə dalğalı və təbii,çox bərk düzüm yox yarı yığılan və ya toxunmuş hörüklər olacaq. Saç aksesurları iri saç zajimləri, lentlər hətda incə yaylıqlarda geyimlərinə uyğun kombinləşdirib tarz yarada bilərlər.

Makyaj isə təbii hlowing dərili görünüşdədir. Çəhrayı və şaftalı tonlu allıqdır. Şəffaf parıltılı dodaq boyasıdır. Göz makyajında açıq bənövşəyi, qızılı və ya pastel mavi tonlar əsasdır. Qaşlar təbii formaya yaxın, yüngül doldurulmuş olacaq.

Sonda xanımlara bir məsləhət vermək istəyirəm, moda artıq göstəriş deyil, hiss etmək və yaşamaqdır.Yayda geyimlərinizlə günəş kimi parlayın, amma ruhunuz da rahat olsun".