"Biz 44 günlük savaşdan geri dönəndə Heydər Əliyevin atdığı təməli görürük" - Fazil Mustafa

8 May 2025 11:58 (UTC+04:00)

"Biz 44 günlük savaşdan geri dönəndə Heydər Əliyevin atdığı təməli görürük". SİA xəbər verir ki, bu sözləri “Konstitusiya və Suverenlik İli”nə həsr olunmuş xüsusi iclas zamanı deputat Fazil Mustafa deyib.

O bildirib ki, ən böyük səbəb onun real tarixi doğru oxuması idi: "Hətta uğurunun səbəbi budur. Bir çıxışında Heydər Əliyev fikir söylədi ki, biz tarixdə Azərbaycan Xalq Cumhuriyyətinin ənənlərini davam etdirərək bu inkişafı irəli aparacağıq. O dövrdə də bütün fəaliyyətini buna sərf etmiş oldu. Konstitusiyanın qəbulu ilə Azərbaycanın inkişafına zəmin yaratdı. Hər dəfə tarix irəlilədikcə Heydər Əliyev obrazının yeniləşməsinin şahidi olacağıq. Sosial şərtlər nə olur-olsun, dövlətin əsas hədəfi təhlükəsizliyi qorumaqdır. Ukrayna ilə tarixi müqayisə onun göstərir ki, hansısa hadisə torpaqların, təhlükəsizliyin itirilməsinə səbəb olur. Biz dövlətimiz ətrafında sıx birləşib ayıq-sayıq olmalıyıq".