Sumqayıtda emalatxanada partlayış olub, fəhlə xəsarət alıb

8 May 2025 10:50 (UTC+04:00)

Sumqayıt şəhərində fəaliyyət göstərən emalatxanalardan birində partlayış olub, xəsarət alan var. SİA xəbər verir ki, hadisə şəhərin "İnşaatçılar" yaşayış massivində yerləşən metaləritmə emalatxanasında qeydə alınıb.

Məlumata görə, hadisə emalatxanadakı sobanın partlaması nəticəsində baş verib.

Partlayış nəticəsində 1997-ci il təvəllüdlü Ağasəlim Abduləli oğlu Cəlilov xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.