Bu gün Ulu Öndər Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü münasibəti ilə Xətai İcra Hakimiyyəti, Yeni Azərbaycan Partiyası Xətai rayon təşkilatı, SƏS Media Qrupu və "SSAL-2" şirkətinin təşkilatçılığı ilə ağacəkmə kampaniyası keçirilib. SİA xəbər verir ki, SƏS Media Qrupunun rəhbəri Bəhruz Quliyev qeyd edib ki, Ulu Öndər Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü münasibətilə simvolik olaraq 102-i ağac əkilib. Həmin ağaclardan 51-i küknar, 51-i isə eldar şamıdır.
Bununla yanaşı tədbirdə millət vəkilləri, ictimai-siyasi xadimlər və digər şəxslər iştirak ediblər.