Astroloji proqnozlara görə, may ayı beş bürc üçün xüsusilə uğurlu və xoşbəxt keçəcək. Bu dövrdə onlar həm şəxsi həyatlarında, həm də karyeralarında müsbət dəyişikliklər hiss edə bilərlər. SİA xəbər verir ki, ilin "uğur ayı" olacaq bu bürclər bunlardır:
Buğa
May Buğa bürcünün mövsümüdür. Bu səbəbdən enerji yüksəlir, arzular gerçəkləşə bilər. Maliyyə baxımından da uğurlu dövr başlayır.
Əkizlər
Ayın ikinci yarısında Günəş Əkizlərə keçir və bu bürc altında doğulanlar üçün özlərini ifadə etmək, yeni münasibətlər qurmaq və uğurlu qərarlar vermək üçün ideal vaxtdır.
Oğlaq
Karyera və maliyyə baxımından əhəmiyyətli irəliləyişlər mümkündür. Gözlənilməz fürsətlər ortaya çıxa bilər.
Balıqlar
Yaradıcı enerji zirvədə olacaq. Romantik münasibətlərdə də yeni başlanğıclar mümkündür.
Xərçəng
Daxili sakitlik və emosional rahatlıq dövrüdür. Ailə və yaxınlarla münasibətlər möhkəmlənir.