80 milyonluq hücumçu ilə bağlı qərar

8 May 2025 07:44 (UTC+04:00)

Almaniyanın “Leypsiq” klubu komandanın hücum xəttinin lideri sayılan Benyamin Şeşkonu yay transfer dönəmində satmağa hazırdır. SİA xəbər verir ki, bu barədə jurnalist Florian Pletternberq məlumat yayıb.

Mənbənin yazdığına görə, sloveniya millisinin 21 yaşlı hücumçusunun müqaviləsində 80 milyon avronu aşan məxfi bənd mövcuddur. Lakin “buğalar”ın rəhbərliyi həmin məbləğin tam şəkildə ödənilməsində israr etməyəcək – klubu qane edən təklif olduğu təqdirdə Şeşko daha aşağı qiymətə də transfer oluna bilər. Benyamin Şeşko cari mövsümdə bütün turnirlərdə keçirdiyi 43 matçda 21 qol vurub və 6 məhsuldar ötürmə ilə yadda qalıb. O, “Leypsiq”ə 2023-cü ilin yayında keçib və klubla 2029-cu ilin iyununa qədər müqaviləsi var.