Bu gün Bakıda İsrail və Türkiyə rəsmiləri danışıqlar aparacaq

8 May 2025 05:11 (UTC+04:00)

Bu gün Bakıda Azərbaycan tərəfinin vasitəçiliyi ilə İsrail və Türkiyə nümayəndələri arasında danışıqlar keçiriləcək. SİA xəbər verir ki, bu barədə “Kan 11” telekanalı məlumat yayıb. Bildirilib ki, görüş Bakının vasitəçiliyi ilə təşkil edilib.

Görüş Türkiyənin Suriyada artan fəallığı və iki ölkə arasında birbaşa hərbi toqquşma təhlükəsi ilə bağlı gərginliyin azaldılmasına yönəlib. Qeyd edək ki, bir müddət öncə İsrail Baş naziri Benyamin Netanyahunun Bakı səfəri regiondakı son proseslərdən dolayı təxirə salınıb.