Təhsil sahəsində əməkdaşlıq məsələləri müzakirə edilib

7 May 2025 20:20 (UTC+04:00)

Mayın 7-də elm və təhsil nazirinin müavini Həsən Həsənli Vyetnam Sosialist Respublikasının təhsil və təlim nazirinin müavini Nguyen Van Phuc ilə görüşüb.

SİA-nın məlumatına görə, Elm və Təhsil Nazirliyindən bildirilib ki, görüş çərçivəsində iki ölkə arasında təhsil sahəsində cari əməkdaşlıq və inkişaf perspektivləri müzakirə edilib.