İtaliyanın “Fiorentina” komandası baş məşqçisi Raffaele Palladino ilə yeni müqavilə imzalayıb.
SİA yerli mənbələrə istinadən xəbər verir ki, 41 yaşlı mütəxəssisin sözləşməsinin müddəti 2027-ci ilin yayına qədər artırılıb.
İtaliyalı mütəxəssis Florensiya təmsilçisini 2024-cü ilin yayından çalışdırır. Onun rəhbərliyi altında komanda bu mövsüm A Seriyasında 35 matçda 59 xal toplayaraq turnir cədvəlinin 8-ci pilləsində qərarlaşıb.
“Fiorentina” UEFA Konfrans Liqasının yarımfinal mərhələsinin ilk oyununda İspaniyada “Betis”ə 1:2 hesabı ilə uduzub. Cavab matçı mayın 8-də İtaliyada keçiriləcək. “Bənövşəyilər” turnirin son iki finalında iştirak etsə də, çempionu ola bilməyib.