Bu, Hindistan iqtisadiyyatı üçün ağır zərbə ola bilər...

7 May 2025 18:30 (UTC+04:00)

Pakistanla münaqişə Hindistan ixracına təsir göstərə bilər ki, bu da ildə təxminən 443 milyard dollar təşkil edir.
SİA-nın məlumatına görə, “RİA Novosti” xəbər verir ki, respublikanın statistika xidməti iqtisadiyyatın ən həssas sahələrinin adını açıqlayıb.

2024-cü ilin sonuna qədər Hindistan xaricə 443 milyard dollarlıq mal satıb. Ən böyük payı neft məhsulları (70,7 milyard dollar), əczaçılıq (23,4 milyard dollar) və smartfonların (22,1 milyard dollar) tədarükü təşkil edib. Həmçinin xaricdə ən çox satılan ilk beşlik arasında almaz (4,4 milyard) və zərgərlik (12,3 milyard) olub.

Departament xəbərdarlıq edir ki, qonşu ölkə ilə münaqişə kəskinləşməkdə davam edərsə, bu, xarici ticarətə zərər verə bilər.

Qeyd edək ki, mayın 7-nə keçən gecə Hindistan Pakistanda “Sindoor əməliyyatı”na başlayıb. Respublikanın silahlı qüvvələri Pakistanın nəzarətində olan Kəşmirdə terrorçuların düşərgələrinə raket zərbələri endirib.

Hücumun görüntülərini NBC News paylaşıb.

…Rusiya Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunun Hindşünaslıq Mərkəzinin rəhbəri bəyan edib ki, Hindistanla Pakistan arasında silahlı toqquşmaların başlaması təhlükəsizliyin təmin edilməsi baxımından çox əlverişsiz amildir.

O, həmçinin sağlam düşüncənin qalib gələcəyinə və Hindistan və Pakistanın sərhəd zonasında yerli atışmalarla məhdudlaşacağına ümid edir.

Əli Babayev