...Müğənni Kristina Orbakaite Kiprə yollanıb. Sənətçinin burada konserti nəzərdə tutulub. Bundan əlavə, Kristina anası Alla Puqaçovaya baş çəkməyi planlaşdırır. Kristina Orbakaite mayın 8-də Kiprdə çıxış edəcək. Onun konserti Limassolda baş tutacaq.
SİA-nın məlumatına görə, turun təşkilatçısı Anna qarşıdan gələn tədbir haqqında danışıb.
Bundan əlavə, müğənni Rusiyanı tərk etdikdən sonra Kiprdə məskunlaşan Alla Puqaçovaya baş çəkəcək.
Bu arada, bir müddət əvvəl Kristinanın Yurmalada baş tutmalı olan konserti uğursuz olub.
Sənətçinin Latviyaya girişi qadağan olunduğundan, tamaşa ləğv edilib.
Qeyd edək ki, Orbakaite qadağanın onun bir sənətçi kimi hüquqlarını pozduğuna əmin olduğundan şikayət etməyi planlaşdırır.
...Vəkil Sergey Jorinin sözlərinə görə, Orbakaitenin qadağaya etiraz etmək şansı var, lakin proses illər çəkə bilər.
Nazlı Almuradova