Ceyhun Bayramov iraqlı həmkarını Ermənistanla normallaşma prosesi barədə məlumatlandırıb

7 May 2025 15:15 (UTC+04:00)

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov İraqa səfəri çərçivəsində həmkarı Fuad Hüseyni Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması prosesi barədə məlumatlandırıb. SİA xəbər verir ki, bu barədə C.Bayramov bu gün Fuad Hüseynlə birgə mətbuat konfransında bildirib.