Bayram günündə qatarların hərəkət qrafiki

7 May 2025 12:39 (UTC+04:00)

Mayın 9-da Bakı-Sumqayıt-Bakı istiqamətində qatarlar şənbə günü qrafiki üzrə hərəkət edəcəklər. SİA bu barədə "Azərbaycan Dəmir Yolları" (ADY) QSC-yə istinadən xəbər verir.

Qeyd edək ki, Nazirlər Kabinetinin müvafiq qərarına uyğun olaraq həmin gün qeyri-iş günüdür.