"Aqrarkredit" BOKT-a məxsus qeyri-yaşayış sahəsi hərraca çıxarılacaq

6 May 2025 15:44 (UTC+04:00)

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti (ƏMDX) iyunun 4-də "Aqrarkredit" QSC bank olmayan kredit təşkilatının (BOKT) balansında olan, Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, Artyom küçəsi, 25 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin satışı üzrə hərrac keçirəcək. SİA bu barədə ƏMDX-ya istinadən xəbər verir.

Məlumata görə, hərrac Dövlət Xidmətinin Əmlak Xidmətləri Məkanında (Bakı şəhəri, Nizami rayonu, Xəlil Rza Ulutürk küçəsi, 20 ünvanında) olacaq.

Sifarişlər hərracın keçirilməsinə ən gec 3 bank günü qalana qədər qəbul olunacaq. Hərracda iştirak etmək istəyən şəxslərə satışa çıxarılan əmlakla qabaqcadan tanış olmaq imkanı yaradılır.