...2023-cü ildə baş verən zəlzələ zamanı doğmalarını itirən iki müəllim Türkiyənin Qaziantep şəhərində toy ediblər.
SİA-nın məlumatına görə, Nurdağı məktəbinin direktoru 46 yaşlı Mehmet Aydın 42 yaşlı bədən tərbiyəsi müəllimi Ayşə Örzdemirlə evlənib.
Zəlzələ zamanı yeni evlənənlərin hər biri bütün ailəsini itiriblər.
Mehmet 72 saat dağıntılar altında qalıb. Həyat yoldaşı və iki uşağı dünyasını dəyişib.
Ayşə də ərini və iki uşağını itirib.
Onların yolları zəlzələdən zərər çəkmiş təhsil işçilərinə mükafatların təqdim olunduğu 2024-cü ildə Müəllimlər Günü münasibətilə keçirilən tədbirdə kəsişib.
Mehmetlə Ayşə görüşüb, itki kədəri onları bir-birinə daha da yaxınlaşdırıb, qəm yerinə sevgi doğulub.
...Və müəllimlər məktəbdə toy ediblər; İslahiye səmtindəki Pınarbaşı İbtidai məktəbinin binasında evləniblər.
Onların qohumları, dostları mərasimə toplaşıblar.
Toyda fəxri qonaqlar İslahiyə rayon Bələdiyyə Başçısı Mehmet Soylu və bələdiyyə təhsil naziri Mustafa Çətin də olub.
Xatirələrin ağrısı ilə sevincin qarışdığı tədbir 50 min insanın həyatına son qoyan faciədən sonra ümid və dirçəliş simvoluna çevrilib..?
Nazlı Almuradova