Göyçayda 51 yaşlı kişi xəstəxanada əməliyyat zamanı ölüb

6 May 2025 10:30 (UTC+04:00)

Göyçay rayonunda 51 yaşlı kişi xəstəxanada əməliyyat zamanı ölüb. SİA xəbər verir ki, Ucar rayon sakini, 1974-cü il təvəllüdlü Vidadi İsgəndərov Göyçay Mərkəzi Xəstəxanasında damar əməliyyatı olunub.

Ancaq əməliyyatdan sağ çıxmayıb.

Faktla bağlı araşdırma aparılır.