Azərbaycanlı Macarıstan klubundan ayrıldı

6 May 2025 02:45 (UTC+04:00)

Azərbaycanlı voleybolçu Ayşən Abduləzimova Macarıstan təmsilçisi “Vaşaş”dan ayrılıb. SİA xəbər verir ki, oyunçu bu barədə özü sosial şəbəkə hesabında bildirib.

Qeyd edək ki, 6 il ərzində “Vaşaş”ın şərəfini qoruyan 32 yaşlı voleybolçu bu müddət ərzində 5 dəfə ölkə çempionu olub.