Beyləqanda keçirilən aksiyada 200-dən çox ağac əkilib

5 May 2025 22:30 (UTC+04:00)

Beyləqanda “Konstitusiya və Suverenlik İli” çərçivəsində növbəti ağacəkmə aksiyası keçirilib.

SİA yerli mənbələrə istinadən xəbər verir ki, aksiya zamanı Beyləqan-Füzuli avtomobil yolunun kənarında ərazinin torpaq-iqlim şəraitinə uyğun 200-dən çox müxtəlif növ ağac tingləri əkilib. Əkilən ağaclara aqrotexniki qulluq göstərilib, ərazidə təmizlik və abadlıq işləri aparılıb.