Sosial şəbəkədə satılan dərmanlar nə dərəcədə təsirlidir? - TERAPEVT AÇIQLADI

5 May 2025 17:28 (UTC+04:00)

"Son dövrlərdə həyatımıza, gündəmimizə kompüter texnologiyasının, internetin daxil olması həqiqətəndə bir çox problemlərin həllində insanlara yardım edib. Biz artıq ev şəraitində bir çox işlərimizi həyata keçirə bilirik. Buna görə doğurdan da, texnologiyanın inkişafı elmi biliklər, xarici ölkələrlə əlaqə, uzaqda yaşayan insanlarla münasibət, hər hansı bir məlumatlar olsun və s. bir çox sahədə bizə çox dəstək olub". Bu sözləri SİA-ya açıqlamasında həkim-terapevt Arzu Hüseynova deyib.

Onun sözlərinə görə, hər bir yaxşı adlandırdığımız prosesin bir balaca digər qaranlıq tərəfi olduğu kimi bu məsələdə də biraz müəyyən çatışmazlıqlar, xüsusəndə bir həkim kimi məni çox narahat edir. Mənim özüm də tez-tez rast gəlirəm ki, müxtəlif saytlarda və səhifələrdə müxtəlif dərman preparatlarının, şəkər dərmanları, arıqlama çayları, uşaq vitaminləri və cürbəcür adlarla dərman satan səhifələr meydana gəlib: "Özümdə bir neçə dəfə qarşıma çıxıb ki, hansısa bilmədiyimiz, tanımadığımız həkimin adını aşağıdan yazırlar ki, həmin dərmanları bu həkim tövsiyyə edir və alın peşman olamayacaqsınız kimi reklamlar edərək insanları aldadırlar. Xüsusən də ağır xəstəliklərlə mübarizə aparan insanlar, buna zob xəstəliyi, şəkər xəstəliyi, digər xəstəliklərə qarşı olan dərmanları rahat insanlara məsləhət görürlər. Hər hansı bir dərman preparatının, hətta bitkitərkibli preparat maddənin insanlara, xəstələrə təyin etmək üçün mütləq həmin xəstənin orqanizmi öyrənilməlidir. Unutmaq lazım deyil ki, hər şey individualdır. İki əkiz insana belə eyni diaqnozu qoyaraq eyni preparatı verib orada müxtəlif nəticələr görə bilərik. Bunu heç zaman unutmaq lazım deyil ki, insan orqanizmi individualdır. DNT kodu kimi bütün digər orqanizm insanın özünəməxsusdur, insanın xəstəliklərini, insanların keçirdiyi o vəziyyətlər hansısa bir xəstəliyin orqanizmdə törətdiyi dəyişikliklər hamıda müxtəlif olur. Biz təsəvvür edək ki, heç bir müayinə olunmadan, heç bir həkim məsləhətindən keçmədən, nə funksional, nə laborator, nə klinik müayinələr keçmədən kimsə barmağını basır və qarşısına bir preparat çıxır və ondan istifadə edərək özünü sağaltmağı düşünür. Lakin bu düzgün bir şey deyil. Biz insanlardan son dərəcə xahiş edirik ki, sosial şəbəkələrdə satılan dərmanlara inanmayın və həkim kontrolu olmadan, həkim tərəfindən yazılmadan dərman və bitki tərkibli çaylardan istifadə etməyin".