Hayların qorxduqları ÇOX BÖYÜK PROBLEM – TƏHLİL

5 May 2025 16:35 (UTC+04:00)

İran Prezidenti Məsud Pezeşkiyanın Azərbaycana səfəri və söylədikləri fikirlərə görə hazırda erməni cəmiyyətində məhz böyük rezonans müşahidə edilməkdədir. İran liderinin mövqeyindən, ölkəmizə olan münasibətindən hayların yamanca qorxuya düşdükləri qətiyyən diqqətdən yayınan deyil, çünki nəzərə çarpacaq dərəcədədir və bu qorxu artıq hiss edilməyə, görünməyə bilməz. Görünən odur ki, bu vaxta qədər arxalandıqları bir ölkənin rəhbərinin istər Azərbaycana səfəri, istərsə də ölkəmizdə səsləndirdiyi fikirlər erməni cəmiyyətini əməlli-başlı “silkələyib” və İran Prezidentinin xalqımızla bağlı dostcasına dediklərini rəsmi Tehranın mövqeyi olaraq başa düşən haylar bunu özlərinin qorxduqları çox böyük problem hesab edirlər.

Əhəmiyyətsiz olduqlarını, hesaba alınmağa layiq olmadıqlarını görəcəkləri gündən qorxan haylar indi bunu özlərinə çox böyük problem bilirlər

Hazırda erməni cəmiyyətində bir sual ortaya çıxıb ki, görəsən, bundan sonra haylar nə etməlidirlər və İran liderinin Azərbaycana səfərinə, fikirlərinə, mövqeyinə necə reaksiya verməlidirlər? Erməni mətbuatı bir-birinin ardınca təkcə İran prezidenti Məsud Pezeşkiyanın Azərbaycana səfəri faktı ilə bağlı deyil, həm də onun Bakıda söylədiyi hər bir fikirlə bağlı çox yazır və İran liderinin mövqeyini rəsmi Tehranın mövqeyi olaraq qəbul etməklə, bunun ölkələri üçün çox böyük problem olduğunu açıq-aşkar şəkildə yayır. Hətta bütün deyilənləri, Azərbaycan barədə İran liderinin fikirlərini “lazımsız sözlər” adlandırır. “Azərbaycan xalqının hüquqlarına hörmət edilməli və Qarabağ Azərbaycanın olmalıdır”, deyə Pezeşkiyanın bəyan etdiyindən haylar lap çox qorxuya düşüblər. Sözsüz ki, bu zamana qədər məhz Qarabağla bağlı İrandan dəstək uman haylar sanki birdən-birə dəstəklə bağlı da son ümidlərini itiriblər. Bir zamanlar Rusiyanın, rusların “ətəyindən yapışan” və qəflətən əlləri üzülən, sonra da İrana “söykənməyə hazırlaşan” haylar üçün bu dəfə də ümidsizlik girdabına düşmək əvvəldən qorxduqları olub və bunu, bu qorxunu indi çox böyük problem hesab etmələri də başadüşüləndir.

“Burada olduğum üçün özümü yad ölkədə hiss etmirəm. Sanki Təbrizdə, Ərdəbildə olmuşam. Sanki doğulub boya-başa çatdığımız və yaşadığımız Azərbaycandayıq", deyə Məsud Pezeşkiyanın vurğulamasından ermənilərin gözləri lap çox bərəlib və bu sözlərdən daha böyük qorxuya düşüblər. Çünki başa düşüblər ki, artıq Azərbaycanla dialoqun qurulması üçün İran hər şeyi etməyə hazırdır. Əslində, belə düşünmək daha düzgün olardı ki, bəli, İran artıq qəbul və etiraf edir ki, Azərbaycanla dialoqun qurulması üçün hər şeyi etməyə dəyər. Bu həm də o deməkdri ki, Azərbaycan böyük əhəmiyyət kəsb etdiyi halda, Ermənistan daha İran üçün tamamilə əhəmiyyətsiz bir ölkədir və azərbycanlılar doğma sayıldıqları fonunda, haylar heç hesaba da alınmırlar. Reallıq bundan ibarətdir ki, haylar elə hər zaman, həmişə bundan, beləcə əhəmiyyətsiz olduqlarını, hesaba alınmağa belə layiq olmadıqlarını görəcəkləri gündən qorxublar və indi də həmin reallıqla qarşılaşıblar deyə, bunu çox böyük problem hesab edirlər. Məhz qorxduqları və çox böyük problem hesab etdikləri də artıq düz gözləri önündədir.

Reallıqları görmək məcburiyyətində qalan haylar artıq əməlli-başlı bədbinliyə qapılıblar

İndi haylar bir çox reallıqları görmək məcburiyyətindədirlər və bütün bu reallıqları da özləri üçün çox böyük problem hesab edirlər. Təkcə İran liderinin ölkəmizdə olmasını deyil, eləcə də İsrailin baş naziri Benyamin Netanyahunun 8 may tarixində Azərbaycana dövlət səfəri edəcəyini və mayın 11-nə qədər ölkəmizdə qalacağı xəbərini də eşidən haylar yuxularını qarışdırıblar. Səfər zamanı Netanyahunun məhz Azərbaycan prezidenti cənab İlham Əliyevlə iki ölkə arasında əlaqələrin möhkəmləndirilməsi məsələlərini müzakirə edəcəyini də yaxşı başa düşən haylar buna görə daha da bədbinliyə qapılıblar. Çünki hesab edirlər ki, müzakirələrdə İran məsələsinin xüsusi yer tutacağı da mümkündür və bu məqamı da özləri üçün çox böyük problem sayırlar.

Artıq Ermənistana məxsus mətbuat səhifələrində açıq-aydın şəkildə qeyd olunur ki, Azərbaycan hansısa məqamda, bu münaqişədə, İran və İsrail arasında olan gərginlikdə də vasitəçi rolunu oynaya bilər. İndi ermənilər acizanə şəkildə etiraf edirlər ki, belə bir vasitəçilik Azərbaycan üçün olduqca uğurlu olacaq. Etiraf edirlər ki, Ermənistan belə bir rol, vasitəçilik kimi bir rol oynaya bilmədi. Həqiqətən də oynaya bilməz. Haylar başa da düşürlər ki, belə bir vasitəçilik rolunu oynamaq şansları heç zaman da olmayıb. Ona görə olmayıb ki, İsrail heç zaman Ermənistanı belə bir statusda görməyib. Onu da başa düşürlər ki, bəli, İsrail məhz Azərbaycanı belə bir statusda görüb, indi də görür və bu rakursda da Ermənistan heç müqaisəyə belə gələ bilən ölkə deyil. Deməli, daha bir “dərd” çəkməli olan haylar bundan da hər zaman qorxduqları üçün məhz bunu da bir böyük problem hesab edirlər və reallıqları görmək məcburiyyətində qalan haylar artıq əməlli-başlı bədbinliyə qapılıblar.

Erməni cəmiyyəti məhz qorxu fonunda çox böyük problemlər qarşısında olduğu qənaətindədir

Yaxın zamanda Türkiyə Prezidenti cənab Rəcəb Tayyib Ərdoğanın da Azərbaycana səfər edəcəyi xəbərini alan haylar lap dilxor olublar. Xüsusən də, Ərdoğanın ikitərəfli hökumətlərarası komissiyanın dördüncü birgə iclasında iştirak etmək üçün Azərbaycan paytaxtına səfər etmək niyyətində olduğu barədə Türkiyə mənbələrinin rəsmi olaraq xəbər yaymasından sonra ermənilərin elə bir kürklərinə birə düşüb. Çünki başa düşürlər ki, artıq rəsmi Bakı qlobal miqyasda söz sahibinə çevrilib və proseslərdə də yaxından iştirak edir. Başa düşürlər ki, Ermənistandan fərqli olaraq, Azərbaycan regionda da, dünyada da baş verən proseslərdə nəzərə alınan ölkə sayılır. Bunu da haylar qətiyyən həzm edə bilmirlər. Əslində, hər zaman özlərinə düşmən hesab etdikləri Azərbaycanın belə bir nüfuz, belə bir söz sahibi olacağı qorxusu ilə yaşayıblar deyə, indi bu qorxulu yuxularının çin olduğunu görmək onlar üçün çox böyük problem kimi gözlərinə görünür.

Diqqətə çatdıraq ki, erməni cəmiyyətini qorxuya salan məqamlardan biri də Azərbaycanın məhz Amerika kimi bir dövlətlə əlaqələrinin getdikcə daha da yaxşılaşmasıdır və haylar hətta yaxın zamanda ABŞ Prezidentinin də eyni ilə məhz Pezeşkiyan kimi fikirlər səsləndirəcəyindən qorxurlar. Nəzərə çatdıraq ki, hayların qorxduqları hər zaman başlarına gəlir və əslində, hadisələrin gedişatı onu deməyə əsas verir ki, bəli, bir gün həqiqətən də ABŞ lideri də İran Prezidenti kimi eyni fikirləri məhz Bakıda səsləndirəcək. Bax elə bu qorxu ilə də yaşayan haylar sual edirlər ki, o zaman nə edəcəklər? “Bəs Tramp özü də Qarabağın Azərbaycana məxsus olması ilə bağlı nə isə desə, rəsmi Bakı ilə yaxınlaşma kursu elan etsə, haylar nə edəcəklər?”, sualı qarşısında da acizlik Ermənistana məxsus mətbuat səhifələrində də öz əksini tapır. Hətta erməni KİV-ləri açıq şəkildə yazırlar ki, hadisələrin bu cür inkişafının qarşısını almaq üçün Ermənisyanda heç bir real mexanizm yoxdur. Məhz bunu da çox böyük problem saydıqlarını da haylar gizlətmirlər. Çünki haylar səhvlərini, yanlış yolda olduqlarını, yanlışlıqlarını deyil, məhz qorxduqlarını özləri üçün çox böyük problem hesab edirlər. Bir sözlə, erməni cəmiyyəti məhz qorxu fonunda çox böyük problemlər qarşısında olduğu qənaətindədir...