Naxçıvanda Azərbaycan XİN-in Aparatının idarəsi yaradılacaq

5 May 2025 16:25 (UTC+04:00)

Naxçıvan Muxtar Respublikasında Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) Aparatının idarəsi yaradılacaq. SİA xəbər verir ki, bu barədə Prezident İlham Əliyevin Fərmanında təsdiq edilən XİN haqqında Əsasnamədə deyilib.

Bildirilir ki, Azərbaycan XİN-in Naxçıvan Muxtar Respublikasındakı İdarəsi əsasında Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi Aparatının müvafiq idarəsinin yaradılması ilə bağlı tədbirlər görsün.