Yaz aylarında yerli turizm necə olacaq? - EKSPERT ŞƏRH ETDİ

5 May 2025 15:10 (UTC+04:00)

"Mövsümlə əlaqədar olaraq artıq gələn həftədən hava şəraitinin də yaxşı olacağını və 9,10,11 may tarixinin bayram olacağını nəzərə alsaq görərik ki, kifayət qədər regionlara maraq artacaq". Bu sözləri SİA-ya açıqlamasında turizm üzrə ekspert Əziz Şiriyev deyib.

Onun sözlərinə görə, xüsusən bir günlük, iki günlük və 3 günlük turlar aktual olacaq: "Ailəsi ilə istirahətə getmək istəyən şəxslər təbii ki, normal otellər sifariş verərək gedir. Amma büdcəsi orta statistik olaraq bir nəfər üçün hardasa 1 günlük istirahət etmək istəyən şəxs 100-200 manat civarında dəyişir. 200 manatlıq otelin iki nəfərlik otaqın bir nəfərə düşən məbləği 100-120 manat arasında dəyişə bilir.

Nəzərə alsaq ki, yay sezonun mövsümünə gedirik və Nabrandakı otellərə də tələbat yüksək olacaqdır. Yerli turistlərimiz burada 3 dəfə qidalanmaqla otellər sifariş edə bilərlər. Amma mənim təklifim hər zaman nəqliyyatdan da istifadə etməyərək daha rahat, daha komfortlu və hətta yanacaq da istifadə etmədən yüksək şəkildə komfortlu turizm şirkətlərinin təşkil etdiyi turlardan istifadə edə bilərlər. Bir günlük turlar 25-29 manat və orada ekonom standart paketlər var ki, səhər yeməyi də bu paketə daxildir. İki günlük turlar 85-95 manat civarında, üç günlük turlar isə 115-135 manat civarında qiymətlər arasında dəyişən qiymətlərlə insanlar istirahət edə bilərlər. Bu turlara səhər yeməkləri, oteldə gecələmə, nəqliyyat xidməti, tur rəhbəri, ekskursiyalar daxil olur. İnsanların imkanlarına da uyğun istirahət yerlərində restoranlarında digər nahar və şam yeməklərini alıb yeyə bilərlər. Təbii ki, turizm şirkətlərinin təşkil etdiyi turlarda normal otellərdə olur. Bura 5 ulduz otelləri daxil etmək olar. Korporativ, yəni müqaviləli işlədiyimizə görə daha yaxşı qiymətlər əldə edirik və onun satışını yüksək səviyyədə həyata keçiririk. Ona görə turizm şirkətlərinə mütləq şəkildə müraciət etmək lazımdır".