Müəllimlərin vakansiya seçimi seçimi prosesi uzadılıb

5 May 2025 11:11 (UTC+04:00)

Müəllimlərin vakansiya seçimi seçimi prosesi uzadılıb. Bu barədə SİA-ya İnsan Resursları Mərkəzindən məlumat verilib.

Bildirilib ki, www.miq.edu.az/yerdeyishme saytında yaranan texniki problemlər səbəbindən müsabiqənin vakansiya seçimi mərhələsi 6 may saat 11:00-dək davam edəcək: "Hazırda sayt aktivdir. Müəllimlər qeyd olunan tarixədək vakansiya seçimi edərək elektron ərizələrini təsdiqləməlidirlər. Vakansiya seçimi mərhələsində iştirak edəcək şəxslərə diqqətli olmağı və seçim etdikdən sonra elektron ərizələrini təsdiqləməyi unutmamağı tövsiyə edirik".