Misli Premyer Liqasında son 11 mövsümün rekordu qeydə alınıb

5 May 2025 11:07 (UTC+04:00)

Misli Premyer Liqasında son 11 mövsümün rekordu qeydə alınıb. SİA xəbər verir ki, bu, cari mövsüm ərzində heç-heçələrin sayının 49-a çatması sayəsində mümkün olub.

Bərabərlik sayında 47 sülhün yaşandığı 2015/16 mövsümündəki göstərici üstələnib.

Daha çox heç-heçəyə sonuncu dəfə 2013/14 mövsümündə təsadüf olunub. Həmin vaxt 50 görüşdə qalib müəyyənləşməyib.

Qeyd edək kİ, ötən gün başa çatan XXXIII turda üç bərabərlik olub. “Şamaxı” – “Səbail” və “Araz-Naxçıvan” – “Sabah” oyunları 1:1, “Neftçi” – “Kəpəz” görüşü 2:2 hesabı ilə başa çatıb.