Bu gün Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Respublikası Prezidentinin Xüsusi Nümayəndəliyinin, Gənclər və İdman Nazirliyinin və Gənclər Fondunun dəstəyi ilə “Böyük Qayıdış” Gənclər Təşkilatı tərəfindən icra olunan “Qayıdış Könüllüləri” Proqramı çərçivəsində “Cəbrayıl Könüllüləri” qrupuna qeydiyyatın elan olunması ilə bağlı mətbuat konfransı keçirilib. SİA xəbər verir ki, konfransda Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarının Azərbaycan Respublikası Prezidentinin Xüsusi Nümayəndəliyi Anar Əkbərov qeyd edir ki, Böyük Qayıdış ictimai birliyinin proqramı çərçivəsində könüllü qrupları formalaşdırmışdır: "Yeni ərazilərimizdə yaşayışın dirçəlişi uğrunda bir çox işlər görülmüşdür. Bu günə qədər Zəngilan Könüllüləri işğaldan azad olunmuş ərazilərdə bir çox tədbirlərdə öz töhfələrini veriblər. Cənab Prezident İlham Əliyevin dediyi kimi, bu gün gənclərimiz yüksək qiymətləndirilir. Bununla yanaşı bu kimi qrupların formalaşmasında birinci xanım, vitse-prezidenti Mehriban xanım Əliyevanın da töhfəsi olduqca böyükdür.
Bugünki gənclik olduqca xoşbəxt taleh və gənclik yaşayır. Çünki onlar qalib bir dövlətin vətəndaşıdırlar. Artıq Cəbrayıl şəhərində köç prosesi həyata keçirilmişdir. Bu günki gündə, bu əsnada Zəngilan Könüllülər qrupu olduğu kimi, Cəbrayıl Könüllüləri qrupu da öz töhfələrini verəcək, tədbirlərdə iştirak edəcəklər".