“Yüksəliş” müsabiqəsi tərəfindən yaradılan kadr bankında 3109 nəfər var. SİA xəbər verir ki, bunu “Yüksəliş” müsabiqəsinin İşçi Qrupunun rəhbəri Fərhad Hacıyev kadr bankının təqdimatında deyib.
Onun sözlərinə görə, Prezident İlham Əliyevin Sərəncamı ilə həyata keçirilən “Yüksəliş” müsabiqəsinə maraq yüksəkdir: “Bunun göstəricisidir ki, 4 il ərzində müsabiqə üçün 40 minə yaxın qeydiyyat olub”.
Fərhad Hacıyev onu da qeyd edib ki, kadr bankının təqdimatında 40 yaxın dövlət qurumu və özəl şirkət nümayəndələri var: “Hesab edirik ki, kadr bankı dövlət qurumları və özəl şirkətlər üçün faydalı olacaq”.