Xaçmazda qəzada yaralanan sürücü ölüb

5 May 2025 09:44 (UTC+04:00)

Xaçmaz rayonunda qəzada yaralanan sürücü ölüb. SİA-nın məlumatına görə, ötən gün Gəndob-Yalama avtomobil yolunun Xaçmaz rayonunun Yaqub-oba kəndi yaxınlığından keçən hissəsində yol qəzası olub.

Qəza nəticəsində xəsarət alan dörd nəfərdən biri - 39 yaşlı sürücü Tərlan Həsənbəyov xəstəxanada dünyasını dəyişib.