Çilidə güclü zəlzələ baş verib

5 May 2025 08:06 (UTC+04:00)

Çilidə 5,1 maqnitudalı yeraltı təkanlar qeydə alınıb. SİA xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.

Zəlzələnin episentri Salamanka şəhərindən (əhalisi: 13,2 min nəfər) cənub-şərqə doğru 18 km məsafədə yerləşib, yeraltı təkanların ocağı 79 km dərinlikdə olub.

Hazırda ölənlər və ya dağıntılar barədə məlumat daxil olmayıb.

İqtidar və təcili yardım xidmətləri vəziyyəti izləməyə davam edirlər.