Moskvada güclü partlayış baş verdi - 2 ölü, 6 yaralı

5 May 2025 02:06 (UTC+04:00)

Moskvanın cənub-qərbində yerləşən yaşayış binasının doqquzuncu mərtəbəsindəki mənzildə partlayış və sonradan yanğın baş verib. SİA xəbər verir ki, bu barədə TASS-a məlumat yayıb. “İlkin məlumatlara görə, General Tyulenev küçəsindəki yaşayış binasında doqquzuncu mərtəbədə partlayış və sonradan yanğın baş verib. Hazırda iki mənzil yanır, səkkizinci və doqquzuncu mərtəbələr arasında uçqun olub”, - deyə bildirilib.

Hadisə nəticəsində uşaqlar da daxil olmaqla 12 nəfər yaralanıb.