Türkiyə Superliqası: İstanbul derbisində “Beşiktaş” qalib gəlib

4 May 2025 22:42 (UTC+04:00)

Futbol üzrə Türkiyə Superliqasında XXXIV turun mərkəzi oyunu keçirilib.

SİA xəbər verir ki, çempionluq mübarizəsi aparan "Fənərbağça" doğma meydanda "Beşiktaş"ı qəbul edib. Görüş qonaqların minimal hesablı qələbəsi ilə yekunlaşıb - 1:0. Yeganə qolu 44-cü dəqiqədə Getson Fernandeş vurub.

Bu nəticədən sonra "sarı lacivərdlilər" 75 xalla ikinci, "qara qartallar" isə 55 xalla dördüncü pillədə qərarlaşıb.