Tramp və Putinin mümkün varisləri..?

4 May 2025 19:54 (UTC+04:00)

…ABŞ prezidenti Donald Tramp onun mümkün varisləri haqqında danışıb.

SİA-nın məlumatına görə, bu barədə o, NBC telekanalına müsahibəsində bildirib.

…Mən bunu başqasına, ideal olaraq böyük bir Respublikaçıya təhvil vermək istəyirəm.

Qeyd edəkl ki, bunu deyən Tramp, “böyük respublikaçılar” arasında dövlət katibi Marko Rubionun və vitse-prezident J.D.Vansın adını çəkib.

ABŞ prezidentinin sözlərinə görə, Respublikaçılar Partiyasında çoxlu yaxşı insanlar var.

Tramp özünü iki prezidentlik müddəti ilə məhdudlaşdırmaq istədiyini bildirib.

O, Amerika qanunlarının üçüncü müddətə prezidentliyə imkan vermədiyini vurğulayıb.

Yeri gəlmişkən, daha əvvəl Rusiya prezidenti Vladimir Putin də varis haqqında danışıb. O, daim varis haqqında düşündüyünü bildirib: prezident postuna mümkün namizədlərin hər birinin potensialına baxır və qiymətləndirir. Lakin onun fikrincə, seçim rusların ixtiyarında olacaq.

Əli Babayev