Azərbaycan taekvondoçuları Bolqarıstanın Sofiya şəhərində keçiriləcək "Prezident Kuboku"nda iştirak edəcək. SİA federasiyasnın mətbuat xidmətinə istinadən xəbər verir ki, bu məqsədlə milli Türkiyə yığması ilə birlikdə təlim-məşq toplanışında iştirak etmək üçün Çanaqqala şəhərinə yollanıb.
Qardaş ölkədə baş tutacaq təlim-məşqin ardından taekvondoçular mayın 16-da Bolqarıstana gedəcək.
İdmançılara böyüklərdən ibarət milli komandanın baş məşqçisi Məmməd Abdullayev, komandanın böyük məşqçisi Elnur Amanov və məşqçi Günay Zeynalova rəhbərlik edəcək.
Qeyd edək ki, mayın 16-da startı veriləcək yarışda ölkəmizi 15 idmançı (11 kişi, 4 qadın) təmsil edəcək.