Tacikistanın paytaxtı Düşənbədə keçirilən "Böyük Dəbilqə" turnirinin son günündə Azərbaycanın üç cüdoçusu finala yüksəlib. SİA-nın məlumatına görə, 90 kq çəki dərəcəsində yarışan Vüqar Talıbovla Elcan Hacıyev finalda qarşılaşacaqlar.
Finala vəsiqə qazanan Camal Qamzatxanovun (+100 kq) rəqibi isə tacikistanlı cüdoçu Temur Rakimov olacaq.
Kənan Nəsibov (+100 kq) isə bürünc medal uğrunda özbəkistanlı Utkirbek Turoboyevlə mübarizə aparacaq.
Bürünc medalllar uğrunda yarışlara və finallara Bakı vaxtı ilə saat 16:00-da start veriləcək.
Qeyd edək ki, Azərbaycan cüdoçularından daha əvvəl Balabəy Ağayev (60 kq) qızıl medal qazanıb.