Sumqayıtda yaşayış binasında yanğın olub - VİDEO

4 May 2025 13:44 (UTC+04:00)

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Sumqayıt şəhəri, 5-ci mikrorayon ərazisində yaşayış binasında yanğın baş verməsi barədə məlumat daxil olub. Nazirlikdən SİA-ya verilən xəbərə görə, məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Sumqayıt şəhər Yanğından Mühafizə İdarəsinin qüvvələri cəlb olunub.

Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində beşmərtəbəli yaşayış binasının üçüncü mərtəbəsinin pilləkən qəfəsində elektrik sayğacı qutusunda baş vermiş yanğın genişlənməsinə, o cümlədən mənzillərə keçməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

Yanğın nəticəsində elektrik sayğacı qutusunda 6 ədəd elektrik sayğacı, 6 ədəd elektrik açarı, 1 ədəd ümumi açar və 3p.m. elektrik kabeli yanıb.

Mənzillər yanğından mühafizə olunub.

https://youtu.be/uojoJkyc7Vs?si=Dq0nY43G6nd1Elpt